Menyu

Türkiyədə iki avtobus və iki yük maşınının iştirakı ilə baş verən qəzada beş nəfər yaralanıb

Şəfa Hüseynli
Türkiyədə iki avtobus və iki yük maşınının iştirakı ilə baş verən qəzada beş nəfər yaralanıb

Türkiyənin Ərzurum əyalətinin Aşkale rayonunda iki sərnişin avtobusu və iki yük maşınının iştirakı ilə baş verən zəncirvari yol qəzasında beş nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, sərnişin avtobusu yolda idarəetməni itirərək yola paralel dayanan digər yük maşınına çırpılıb.

Hadisədən sonra qəza yerinə polis, jandarma, tibb və yanğınsöndürmə qrupları göndərilib.

Əlaqəli Xəbərlər