İspaniyanın Baş naziri Pedro Sançez Çinə səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi mətbuat katibi Mao Ninq bildirib.
Bildirilib ki, Baş nazir Sançez 11-15 aprel tarixlərində davam edəcək beş günlük səfərinə başlayacaq.
Məlumata əsasən, Sançez səfəri zamanı Prezident Si Cinpin, Baş nazir Li Qianq və Milli Assambleyanın sədri Cao Liji ilə görüşəcək, ikitərəfli münasibətlər və ortaq maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.