Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla atəşkəs danışıqlarını müzakirə etdiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
“Biz əvvəlcə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik və bütün tərəfləri atəşkəsə hörmət etməyə və bunun Livana da şamil edilməsini təmin etməyə, eləcə də bütün tərəfləri Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırdıq və güclü, davamlı diplomatik həllin vacibliyini vurğuladıq”. - Makron qeyd edib.