Rusiya ilə Ukrayna arasında Pasxa bayramı ilə əlaqədar müvəqqəti atəşkəs rejimi başlayıb
Şəfa Hüseynli
Rusiya ilə Ukrayna arasında Pravoslav Xristianların Pasxa bayramı münasibətilə elan edilən müvəqqəti atəşkəs qüvvəyə minib.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusu Ukraynadakı bütün cəbhələrdə hərbi əməliyyatları dayandırıb.
Bu qərardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski də atəşkəsə əməl edəcəklərini açıqlayıb.
Zelenski bildirib ki, "Biz inanırıq ki, Pasxa sülh və təhlükəsizlik dövrü olmalıdır. Pasxa bayramında atəşkəs əsl sülh hərəkatının başlanğıcı ola bilər".