Makron və Pezeşkian arasında telefon danışığı olub
Fransa Prezidenti Emmanuel Makrob və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Makron öz “X” hesabında etdiyi paylaşımda bildirib.
Fransa lideri İslamabadda başlanan danışıqların yaratdığı imkandan istifadə etməyə çağıraraq, bunun davamlı gərginliyin azaldılması və regionda təhlükəsizlik üçün etibarlı təminatlar verən razılaşmaya yol aça biləcəyini bildirib.
O, prosesdə bütün aidiyyəti ölkələrin iştirakının vacibliyini vurğulayıb.
Söhbət zamanı Hörmüz boğazında gəmiçiliyin azadlığı və təhlükəsizliyinin qısa müddətdə bərpa olunmasının əhəmiyyəti qeyd edilib və Fransanın bu istiqamətdə töhfə verməyə hazır olduğu bildirilib.
Bununla yanaşı, Fransa Prezidenti atəşkəs rejiminə, o cümlədən Livanda, tam riayət olunmasının vacibliyini diqqətə çatdırıb.
O, Livan hakimiyyətinin ölkənin suverenliyini həyata keçirmək və gələcəyi ilə bağlı qərarlar qəbul etmək üçün yeganə legitim qüvvə olduğunu vurğulayaraq, Fransanın bu istiqamətdə dəstəyini ifadə edib.