"Tasnim": ABŞ-İran danışıqlarının növbəti mərhələsinin tarixi, vaxtı və yeri məlum deyil
Operativ Media
Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ və İran arasında aparılan danışıqlar prosesi yekunlaşıb.
Operativ Media "Tasnim" agentliyinə istinadən xəbər verir ki, növbəti mərhələnin detalları hələlik məlum deyil.
Agentlik bildirir ki, müxtəlif səviyyələrdə keçirilən 21 saatlıq məsləhətləşmələr zamanı İran nümayəndə heyəti dəfələrlə Vaşinqtona güzəştə getmək təşəbbüsü ilə çıxış edib. Lakin rəsmi Tehranın ABŞ nümayəndə heyətinə danışıqlara daha realist yanaşma nümayiş etdirmək barədə təklifləri nəticəsiz qalıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Tehranla aparılan məsləhətləşmələrə yekun vuraraq tərəflərin razılığa gələ bilmədiyini bəyan etmişdi. O, Amerika nümayəndə heyətinin İrana "son təklifi" təqdim edərək ABŞ-yə qayıtmaq qərarına gəldiyini bildirib.