Menyu

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub

Operativ Media
İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub

İran və ABŞ bəzi məsələlər üzrə qarşılıqlı anlaşmaya gəliblər, lakin iki-üç mühüm mövzuda fikir ayrılıqları qalmaqdadır.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, “bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunsa da, iki-üç mühüm mövzuda fikir ayrılığı yarandığı üçün danışıqlar yekun razılaşma ilə nəticələnməyib”.

Bəqayi qeyd edib ki, bu danışıqlarda Hörmüz boğazı kimi yeni mövzular da gündəmə gəlib və hər birinin özünəməxsus mürəkkəbliyi var. O əlavə edib ki, danışıqlar “etimadsızlıq və şübhə mühitində” aparılıb.

“Əlbəttə, əvvəldən də gözlənilmirdi ki, bir iclas çərçivəsində razılıq əldə olunsun. Heç kim belə bir nəticəni gözləmirdi”, – deyə o vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər