Menyu

Rusiya sahillərində yüzlərlə ölü delfin tapılıb

Operativ Media
Rusiya sahillərində yüzlərlə ölü delfin tapılıb

Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb.

Operativ Media “Mash"a istinadən xəbər verir ki, Taman yarımadasından Siriusadək sahilboyu 132 ölü dəniz məməlisi tapılıb.

Bildirilib ki, onlardan 82-si aprelin ilk ongünlüyündə tələf olub.

Delfa Mərkəzinin mütəxəssisləri əsas səbəb kimi delfinlər üçün təhlükə yaradan balıqçı torlarını və akvatoriyada fəaliyyət göstərən trauler gəmilərini göstərirlər.

Əlaqəli Xəbərlər