KİV: İki tanker Hörmüz boğazını keçməyə cəhd göstərib
Operativ Media
İki boş tanker ABŞ və İran arasında danışıqların yekunlaşması fonunda Hörmüz boğazından Fars körfəzi istiqamətində keçməyə cəhd edib, lakin son anda geri dönüb.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl Hörmüz boğazında İranın Larek adasına üç tanker gedib.
Bu keçid məntəqəsində onlardan ikisi - biri Yunanıstan şirkətinə məxsus olan və İraqa yönələn, ikincisi isə Pakistan bayrağı altında BƏƏ-yə gedən tanker geri dönüb.
Qeyd olunur ki, gəmilərin marşrutlarında dəyişikliklər ABŞ və İranın danışıq qruplarının Pakistandakı görüşdə razılığa gələ bilmədikləri elan edilən vaxtda baş verib.