Menyu

Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər

Operativ Media
Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər

Yəmən sularında, Hödeydə liman şəhərindən cənub-qərbdə naməlum şəxslər yelkənli gəmini ələ keçirməyə cəhd ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanındakı Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin məlumatında deyilir.

"Mərkəz Hödeydədən cənub-qərbdə 54 dəniz mili məsafəsində baş vermiş insident barədə məlumat alıb, göyərtəsində təxminən 12 nəfərin olduğu, onlardan 4-5-nin avtomat silahla silahlandığı qayıq yelkənli gəmiyə yaxınlaşıb. Qayığın heyəti yelkənli gəminin dayanmasını tələb edib. Kapitanın rədd cavabından sonra onlar göyərtəyə qalxmaq üçün qayığı yelkənli gəmiyə bağlamağa cəhd ediblər. Kapitan siqnal raketindən istifadə edib və qayıq geri çevrilərək cənub-şərq istiqamətində uzaqlaşıb", - bəyanatda bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər