Menyu

Səudiyyə Ərəbistanı İraqa etiraz notası verib

Operativ Media
Səudiyyə Ərəbistanı İraqa etiraz notası verib

Səudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir Sufiya Talib əs-Süheyl pilotsuz aparatlarla həyata keçirilən hücumlarla bağlı XİN-ə çağırılıb.

Notada Körfəz ölkələrinə qarşı hücum və təhdidlər pislənib, Bağdaddan bu cür halların qarşısını almaq tələb olunub.

Qeyd edək ki, ABŞ və İran arasında elan edilən iki həftəlik atəşkəsdən sonra, Fars körfəzi bölgəsində bir neçə hədəfə qarşı dron hücumları qeydə alınıb.

Məlumata görə, bu dronların bəziləri İraq ərazisindən silahlı qruplar tərəfindən buraxılıb.

Əlaqəli Xəbərlər