ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli iki gəmiyə zərbə endirib
Operativ Media
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu ehtimal edilən iki gəmiyə zərbə endirib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumatda bildirilir: "Kəşfiyyat məlumatları təsdiq edib ki, gəmilər Sakit okeanın şərqində narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə edilən məlum marşrutlarla hərəkət edib və narkotik ticarəti ilə məşğul olublar".
SOUTHCOM-un aydınlaşdırmasına görə, birinci zərbə nəticəsində iki nəfər, ikinci zərbə zamanı isə daha üç nəfər həlak olub.
Hadisə zamanı bir nəfər sağ qalıb. Əməliyyatdan sonra Cənub Komandanlığı sağ qalan şəxsin tapılması üçün axtarış-xilas etmə sistemini aktivləşdirmək məqsədilə ABŞ Sahil Mühafizəsinə məlumat verib.