Menyu

Peter Madyar: "Macarıstan Aİ və NATO-nun güclü müttəfiqinə çevriləcək"

Operativ Media
Peter Madyar: "Macarıstan Aİ və NATO-nun güclü müttəfiqinə çevriləcək"

Macarıstanda keçirilən parlament seçkilərində qələbə qazanan “Tisa” partiyasının sədri Peter Madyar ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-nun “güclü müttəfiqi” olacağını bəyan edib.

Operativ Media xəbər  verir ki, o, bu barədə Budapeştdə tərəfdarları qarşısında çıxış edərkən deyib.

O, bildirib ki, Macarıstan yenidən Avropa İttifaqında və NATO-da etibarlı tərəfdaş mövqeyini bərpa edəcək. Siyasətçi qeyd edib ki, son saatlarda Almaniya kansleri, Fransa prezidenti, Avropa Komissiyasının sədri, Xorvatiyanın baş naziri, NATO-nun baş katibi və Avropa Parlamentinin “Avropa Xalq Partiyası” fraksiyasının rəhbəri ilə telefon danışıqları aparıb.

Madyarın sözlərinə görə, o, ilk xarici səfərini Polşaya, ikincisini Avstriyaya etməyi planlaşdırır, daha sonra isə Brüsselə yollanacaq.

Macarıstanın hazırkı hakimiyyət nümayəndələri isə dəfələrlə bəyan ediblər ki, “Tisa” partiyası hakimiyyətə gələcəyi təqdirdə tamamilə Brüsselin diktəsi ilə hərəkət edəcək, xüsusilə Ukraynanın Aİ-yə qəbulu və Kiyevin maliyyələşdirilməsi məsələlərində Avropanın ümumi siyasətindən kənara çıxmayacaq.

Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən, müxalif Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası parlaq qələbə qazanmaqla yanaşı, parlamentdə konstitusion çoxluq əldə edə bilər. 16 il ölkəyə rəhbərlik edən Baş nazir Viktor Orban və onun “Fides” partiyası artıq məğlubiyyəti etiraf edib. Orban fəaliyyətini müxalifət sıralarında davam etdirəcəyini bildirib.

Əlaqəli Xəbərlər