Menyu

İndoneziya Prezidenti Moskvada Putinlə görüşəcək

Operativ Media
İndoneziya Prezidenti Moskvada Putinlə görüşəcək

İndoneziya Prezidenti Prabovo Subianto rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti İndoneziya Nazirlər Kabinetinin katibi Teddi İndra Vicayaya istinadən məlumat yayıb.

Katib qeyd edib ki, liderlər enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər: "İndoneziya Rusiya hökuməti ilə əməkdaşlığı davam etdirəcək və ölkəyə enerji daşıyıcılarının, o cümlədən neftin sabit tədarükünü təmin edəcək".

Vicayanın sözlərinə görə, müzakirələrin digər əsas mövzusu mövcud geosiyasi vəziyyət, xüsusilə ABŞ, İsrail və İran arasındakı münaqişə olacaq. "İndoneziya qlobal sabitliyin və sülhün təmin edilməsi məsələlərində öz strateji mövqeyini ifadə edəcək", - deyə o əlavə edib.

Bundan əvvəl Kreml tərəfi bildirmişdi ki, Putin və Prabovo Subianto Moskvadakı görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini, eləcə də aktual beynəlxalq və regional məsələləri nəzərdən keçirəcəklər.

Əlaqəli Xəbərlər