Menyu

Avstraliyada ilk dəfə qadın Ordu Komandanı təyin olunub

Operativ Media
Avstraliyada ilk dəfə qadın Ordu Komandanı təyin olunub
1 dəq oxu

Avstraliyanın Baş naziri Entoni Albanese ölkə tarixində ilk dəfə qadın Ordu Komandanının təyin olunduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, bu vəzifəyə general-leytenant Syuzan Koyl gətirilib.

O, iyul ayından etibarən rəsmi olaraq Avstraliya Ordusunun rəisi kimi fəaliyyətə başlayacaq.

“125 illik tariximizdə ilk dəfə qadın Avstraliya Ordusunun rəhbəri təyin olunur”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, Syuzan Koyl hərbi xidmətə 1987-ci ildə Ordu Ehtiyat Qüvvələrində başlayıb. O, karyerası ərzində Əfqanıstanda xüsusi təyinatlı dəstəyə rəhbərlik edib, həmçinin 17-ci Siqnal Alayının komandiri kimi mühüm vəzifələrdə çalışıb.

Əlaqəli Xəbərlər