İspaniyanın müdafiə naziri: ABŞ-nin Hörmüz boğazını blokadaya almaq qərarı mənasızdır
Operativ Media
İspaniyanın Müdafiə naziri Marqarita Robles ABŞ-nin Hörmüz boğazını blokadaya almaq qərarının mənasız olduğunu hesab edir.
Operativ Media xəbər verir ki, o, bu haqda TVE teleşirkətinə müsahibəsində bildirib.
"Biz gərginliyin azaldılmasının tərəfdarıyıq və hesab edirik ki, istənilən müharibə və ya münaqişə hər zaman diplomatik yollarla həll edilməlidir", - deyə nazir qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını bağlamaq hədələrini şərh edən Robles qeyd edib: "Bu müharibə başladığı gündən bəri hər şey mənasızdır".
Nazir əlavə edib: "Heç kim sürətli keçəcəyi ehtimal edilən bu müharibənin hansı səbəbdən başladığını bilmir. Hesab edirəm ki, bu, heç bir məntiqi və səbəbi olmayan bir addımdır".
Xatırladaq ki, daha əvvəl ABŞ lideri ABŞ Hərbi Dəniz Qüvvələrinin və digər ölkələrin Hörmüz boğazının blokadasına başladığını bəyan etmişdi.