Fransa və Böyük Britaniya Hörmüz boğazında "gəmiçilik azadlığının bərpası" üçün danışıqlar aparacaqlar
Şəfa Hüseynli
Fransa və Böyük Britaniya Hörmüz boğazında "gəmiçilik azadlığının bərpası" üçün danışıqlar aparacaqlar.
Operativ Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Fransa prezidenti bunun "ciddi müdafiə" missiyası olacağını söylədi.
Makron bildirib ki, "Birləşmiş Krallıqla birlikdə boğazda naviqasiya azadlığını bərpa etməyə yönəlmiş dinc çoxmillətli missiyaya töhfə verməyə hazır olan ölkələrlə konfrans təşkil edəcəyik. Münaqişədəki müharibə aparan tərəflərdən ayrı, ciddi müdafiə missiyası şərait imkan verən kimi yerləşdiriləcək".