Rusiya və Özbəkistanın Baş nazirləri əməkdaşlığın inkişafını müzakirə edib
Şəfa Hüseynli
Rusiyanın Baş naziri Mixail Mişustin Moskvada özbək həmkarı Abdulla Aripovla Rusiya və Özbəkistan hökumət başçıları səviyyəsində Birgə Komissiyanın altıncı iclası çərçivəsində danışıqlara başlayıb.
Birgə komissiya iki ölkənin prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılıb. Komissiya çoxşaxəli ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş məsələləri müzakirə edir.
Qeyd edək ki, komissiyanın əvvəlki iclası 9 sentyabr 2024-cü ildə Daşkənddə keçirilmişdir.