Menyu

Tramp İsa Məsih obrazındakı fotosunu silib

Operativ Media
Tramp İsa Məsih obrazındakı fotosunu silib

ABŞ Prezidenti Donald Tramp özünü "şəfa verən müqəddəs" kimi təsvir edən süni intellektlə yaradılan şəklini "Truth Social" səhifəsindən silib.

Operativ Media xəbər verir ki, şəkildə Trampın prezidentin bir əlini yataqda uzanan bir kişinin alnına qoyduğu görünür. Toxunduğu anda xəstənin başının ətrafında bir işıq peyda olur. Digər əlində isə prezident işıq topu tutur. ABŞ əsgəri, tibb bacısı, Trampın beysbol papağını taxan tərəfdarı və əllərini dua üçün birləşdirən bir qadın onun və xəstənin ətrafında dayanıblar. Arxa planda ABŞ simvolları - bayraq, Azadlıq Heykəli və qartal görünür. Hərbi təyyarələr Trampın başının üstündə uçur.

Bəzi  şərhçilər Ağ Ev rəhbərinin bu addımını dini dəyərlərə hörmətsizlik kimi qiymətləndiriblər.

Tramp məsələyə aydınlıq gətirməyə çalışıb. O bildirib ki, şəkildə özünü İsa Məsih kimi deyil, insanlara yardım edən xeyirxah bir həkim obrazında təsəvvür edib. Buna baxmayaraq, paylaşım geniş narazılıq doğurduqdan sonra silinib.

Həmin fotonu təqdim edirik:


Əlaqəli Xəbərlər