Menyu

CNN: Rubio İsrail-Livan danışıqlarında iştirak edəcək

Operativ Media
CNN: Rubio İsrail-Livan danışıqlarında iştirak edəcək

ABŞ Dövlət katibi Marko Rubio aprelin 14-də İsrail və Livan arasında keçiriləcək birbaşa danışıqlarda iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ-nin paytaxtında baş tutacaq bu görüşə Birləşmiş Ştatlar tərəfindən Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa da qatılacaq. İsrail və Livan isə danışıqlarda səfirlər səviyyəsində təmsil olunacaqlar.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah" şiə hərəkatının tərksilah edilməsi və münaqişənin nizamlanması məqsədilə Livanla "mümkün olan ən qısa zamanda" birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bəyan etmişdi.

Əlaqəli Xəbərlər