28 Mart 2023, 13:49
Özbəkistan 2023-cü ildə 11 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırır

Özbəkistanın bu il iqtisadiyyata 11 milyard dollar xarici investisiya cəlb etməsi planlaşdırılır.
"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidməti məlumat yayıb.
İclasda çıxış edən Özbəkistan prezidenti ilin əvvəlindən ölkəyə 764 milyon dollar xarici investisiyanın gəldiyini və bu çərçivədə 1300 iri və orta investisiya layihəsinin həyata keçirildiyini bildirib.
Sözügedən investisiya həcminin yetərli olmadığını və bu məbləğin daha da artırılmasının vacibliyini qeyd edən Mirziyoyev səlahiyyətli şəxslərdən investisiya layihələrinin reallaşdırılması üçün bütün lazımi imkanların yaradılmasını istəyib.