ABŞ Yaxın Şərq sahillərində İranla əlaqəli tankerləri ələ keçirməyə hazırlaşır
Operativ Media
ABŞ ordusu yaxın günlərdə beynəlxalq sularda İranla əlaqəli tankerləri və ticarət gəmilərini ələ keçirməyə hazırlaşır və dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara çıxarır.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, İran ordusunun Hörmüz boğazına nəzarəti gücləndirməyə davam etməsi ABŞ-ni konkret addımlar atmağa vadar edir.