Menyu

Donald Tramp: "İsrail ABŞ-nin sadiq və cəsur müttəfiqi olduğunu sübut etdi"

Operativ Media
Donald Tramp: "İsrail ABŞ-nin sadiq və cəsur müttəfiqi olduğunu sübut etdi"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail İranla münaqişə zamanı böyük cəsarət və mərdlik nümayiş etdirərək, digər ölkələrdən fərqli olaraq ABŞ-nin həqiqi müttəfiqi ola biləcəyini sübuta yetirib.

Operativ Media xəbər verir ki, dövlət başçısı "Truth Social" sosial şəbəkəsindəki hesabında bu fikirləri paylaşıb:

"İsraildən xoşunuz gəlsə də, gəlməsə də, o, Amerika Birləşmiş Ştatlarının möhtəşəm müttəfiqi olduğunu sübut etdi. İsraillilər cəsur, mərd, sadiq və ağıllıdırlar. Münaqişə və gərginlik zamanı öz real simalarını göstərən digərlərindən fərqli olaraq, İsrail sona qədər mübarizə aparır və necə qalib gəlməyi bilir!".

ABŞ Prezidenti İranla münaqişə zamanı ölkəsini məyus edən həmin "digər" ölkələrin adlarını konkretləşdirməsə də, son vaxtlar dəstək vermədiklərinə görə NATO üzvlərini dəfələrlə tənqid atəşinə tutub. Xüsusilə, aprelin 17-də prezident Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı NATO-nun yardım təklifini rədd etdiyini bildirib və Alyansı növbəti dəfə "kağız pələng" adlandırıb.

Əlaqəli Xəbərlər