TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi
Operativ Media
Bakı Türkologiya Qurultayı təkcə alimlərin geniş bir toplantısı deyildi, eyni zamanda bu gün şahidi olduğumuz Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi və intellektual bir mərhələ idi.
Operativ Media xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omüraliyev V Antalya Diplomatiya Forumu çərçvəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzulu panel iclasda çıxışı zamanı bildirib.
O bildirib ki, bu qurultay həm elmi, həm də praktik səviyyədə birlik ideyasını təşviq edən ilk platforma olmuşdur. Bu baxımdan, İsmayıl bəy tərəfindən irəli sürülən “dildə, fikirdə və əməldə birlik” prinsipi bu gün də aktuallığını qoruyan əsas istiqamətləndirici ideyalardan biridir.