Ana səhifə / Dünya / Pezeşkian: Tramp xalqı qanuni hüquqlarından məhrum edə bilməz Pezeşkian: Tramp xalqı qanuni hüquqlarından məhrum edə bilməz 19.04.2026, 18:42 Operativ Media İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsasının olmadığını bildirib. Operativ Media xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.Pezeşkian qeyd edib ki, Tramp İranın nüvə hüquqlarından istifadə etməməli olduğunu desə də, bunun səbəbini izah etmir."O kimdir ki, xalqı qanuni hüquqlarından məhrum etsin?", - deyə M.Pezeşkian bildirib.O vurğulayıb ki, Tehran vəziyyəti elə idarə etməlidir ki, müharibə görüntüsü yaranmasın, əksinə, ölkənin müdafiə olunduğu nümayiş etdirilsin.