Menyu

ABŞ-də atışmada beşdən çox uşaq ölüb

Operativ Media
ABŞ-də atışmada beşdən çox uşaq ölüb

ABŞ-nin Luiziana ştatında baş verən atışma nəticəsində azı səkkiz uşaq həyatını itirib, daha iki nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "NBC News" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Şrivport şəhərində qeydə alınıb. 

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həyatını itirən uşaqların yaşı 1-dən 14-ə qədər dəyişir.

Polisin məlumatına əsasən, hadisəni törədən şəxs saxlanılarkən zərərsizləşdirilib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər