Menyu

ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olduğu güman edilən gəmiyə hücum edib

Operativ Media
ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olduğu güman edilən gəmiyə hücum edib

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının verdiyi məlumata görə, Karib dənizində narkotik vasitələrin daşınmasında şübhəli bilinən gəmiyə zərbə endirilib.

Operativ Media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Qurumun "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir:

"Cənub Komandanlığının rəhbəri Frensis Donovanın əmri ilə aprelin 19-da 'Cənub Nizəsi' (Southern Spear) birgə əməliyyat qrupu tərəfindən gəmiyə öldürücü zərbə endirilib. Kəşfiyyat məlumatları təsdiq edib ki, sözügedən gəmi Karib dənizində narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə edilən marşrutlarla hərəkət edirdi."

Əlaqəli Xəbərlər