Ana səhifə / İqtisadiyyat / Almaniyanın dövlət borcu 2,37 trilyon avroya yüksəlib Almaniyanın dövlət borcu 2,37 trilyon avroya yüksəlib 29.03.2023, 15:52 Redaksiya Almaniyanın dövlət borcu ötən il 46,1 milyard avro artaraq 2 trilyon 367,3 milyard avroya çatıb. “Operativ Media” xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranından sonra Almaniya rekord səviyyədə borcla üzləşib. Adambaşına düşən dövlət borcu 27 906 avrodan 28 155 avroya yüksəlib. Sözügedən dövr ərzində federal dövlət borcu 71,9 milyard avro artaraq 1 trilyon 620,4 milyard avroya çatıb. Teqlər: "Almaniyanın dövlət borcu 2 37 trilyon avroya yüksəlib"