30 Mart 2023, 12:24
Aİ 2030-cu ilə qədər bərpa olunan enerji payının artırılması ilə bağlı razılığa gəlib

Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizə və Rusiyanın qalıq yanacaqlarından asılılığa son qoymaq planlarının mühüm sütunu olan daha yüksək bərpa olunan enerji hədəfləri ilə bağlı müvəqqəti razılaşma əldə edib.
"Operativ Media" "Reuters"ə istinadən xəbər verir ki, Avropa Parlamentinin və Aİ üzvlərini təmsil edən Şuranın müzakirəçiləri 27 ölkə 2030-cu ilə qədər enerjinin 42,5%-ni külək və günəş kimi bərpa olunan mənbələrdən əldə etməyi öhdəsinə götürmək barədə razılığa gəliblər.