“EFES - 2026” təlimində növbəti tapşırıqlar icra olunub
Operativ Media
Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub.
Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Təlimin planına əsasən, Kartal hərbi düşərgəsində Azərbaycan, Liviya, Macarıstan, Monqolustan, Niger, Pakistan, Qırğızıstan, Rumıniya, Suriya, Şimali Makedoniya, Türkiyə və Zambiya hərbçilərinin iştirakı ilə yaşayış məntəqələrində hərbi əməliyyatların aparılması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
Qeyd edək ki, təmsilçilərimiz tapşırıqların icrası zamanı digər ölkələrin hərbi kontingentləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdiriblər.