http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Edmondo Çirielli: İtaliya şirkətləri Qarabağdakı biznes layihələrinə maraq göstərir

04 Aprel 2023 , 10:32
Edmondo Çirielli: İtaliya şirkətləri Qarabağdakı biznes layihələrinə maraq göstərir

İtalyan şirkətləri Azərbaycanın biznes mühitində fəal təmsil olunmağa, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya və biznes layihələrində iştiraka maraq göstərir.

"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarovla görüşdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli deyib.

Görüşdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, qeyri-neft sektoru sahəsində əməkdaşlığın şaxələndirilməsi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirə aparılıb. Eyni zamanda qarşılıqlı faydalı münasibətlərin dinamik inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən tədbirlərin tərəfdaşlığın, habelə, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində rolu vurğulanıb. Qeyd edilib ki, neft-qaz sahəsində uğurla əməkdaşlıq edən Azərbaycan və İtaliyanın qeyri-neft-qaz sektorunda da əlaqələrinin inkişafı üçün böyük potensial var. Bu baxımdan, “yaşıl” və bərpa olunan enerji, aqrar sənaye, metallurgiya, telekommunikasiya, nəqliyyat və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar diqqətə çatdırılıb, müxtəlif istiqamətlər üzrə iqtisadi əlaqələrin möhkəmlənməsində özəl sektorun önəmli rolu vurğulanıb.

Tədbirdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan şərait, ölkəmizin tranzit potensialı barədə məlumat verilib, Ələt azad iqtisadi zonasında həyata keçirilən layihələrdə italyan şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb. Bununla yanaşı, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin imkanlarının da İtaliya şirkətləri üçün cəlbedici ola biləcəyi qeyd edilib.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
  • Dünən
    22:37

    Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi yol qəzasında həlak olub
  • Dünən
    22:13

    Qobustan sakini Ağdaşda qətlə yetirilib
  • Dünən
    21:53

    Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
  • Dünən
    21:47

    Əlcəzairin prezidenti yenidən Abdelmajid Tebbun seçilib
  • Dünən
    21:12

    Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
  • Dünən
    20:47

    Sergey Lavrov Səudiyyə Ərəbistanında səfərdədir
  • Dünən
    20:24

    Aleksandr Maslyakov vəfat edib
Menyu