05 Aprel 2023, 14:08
Aprel ayında Rusiyanın neft və qaz gəlirləri proqnozların altında qalacaq

Aprel ayında Rusiyanın əlavə neft və qaz gəlirləri dəyişməz qalacaq.
"Operativ Media" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada əlavə olaraq neft və təbii qaz gəlirlərinin apreldə proqnozlaşdırılandan 113,6 milyard rubl (təxminən 1,4 milyard dollar) aşağı olacağı gözlənilir.
Açıqlamaya görə, əlavə neft və qaz gəlirlərinin gözləntilərdən aşağı düşməsi səbəbindən aprel ayında xarici valyutada 74,6 milyard rubl satılması planlaşdırılır.
Rusiyanın əlavə neft və qaz gəlirləri mart ayında da təxminlərdən 132,1 milyard rubl aşağı olub.