Menyu

Özbəkistan, Qırğızıstan və Azərbaycanın birinci xanımları İssık-Kulda reabilitasiya mərkəzini ziyarət ediblər

Operativ Media
Özbəkistan, Qırğızıstan və Azərbaycanın birinci xanımları İssık-Kulda reabilitasiya mərkəzini ziyarət ediblər

Özbəkistan, Qırğızıstan və Azərbaycanın birinci xanımları İssık-Kuldakı "Altın Balalıq" reabilitasiya mərkəzini ziyarət ediblər.

Operativ Media xəbər verir ki, səfər zamanı Ziroat Mirziyoyeva, Aygül Japarova və Mehriban Əliyeva mərkəzin fəaliyyəti, burada şagirdlər üçün təşkil edilən ustad dərsləri ilə tanış olub, uşaqlarla söhbət ediblər.

Yüksək səviyyəli qonaqların şərəfinə “Şattik” milli rəqs ansamblı və gənc komuz ansamblı çıxış edib. Həmçinin, “Aqilman” İstedadlı Uşaqlar üçün Prezident Liseyinin şagirdləri tərəfindən gil və keçə sənətkarlıq sərgisi təqdim olunub.

Bundan sonra qonaqlar sahil ərazisini və Qırğızıstan Respublikasında keçirilən beynəlxalq uşaq incəsənət müsabiqələrinin qaliblərinin, o cümlədən Özbəkistandan olan gənc rəssamların əsərlərinin nümayiş olunduğu incəsənət qalereyasını gəzdilər.

Proqramda həmçinin Özbəkistan, Qırğızıstan və Azərbaycan xalqları arasında dostluğun simvolu olan "Dostluq Ağacı" adlı keçə panelinə son dekorativ elementin yerləşdirilməsi mərasimi də yer almışdır.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər