Azərbaycan Fələstində yeni məktəb tikməyi planlaşdırır
Azərbaycan Fələstində böyük məktəbin tikintisini həyata keçirməyi planlaşdırır, lakin bölgədə davam edən müharibə layihənin icrasını ləngidir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "CNN Türk"ə müsahibəsində deyib.
O bildirib ki, Fələstin tərəfi məktəbin tikintisi üçün əvvəlcədən torpaq sahəsi ayırsa da, hazırkı təhlükəsizlik vəziyyəti səbəbindən layihənin həmin ərazidə reallaşdırılması mümkün deyil.
Bu səbəbdən Azərbaycan tərəfi Fələstin rəhbərliyinə müraciət edərək məktəbin inşası üçün alternativ torpaq sahəsinin müəyyənləşdirilməsini istəyib.
🇦🇿🇹🇷Azerbaycan Cumhurbaşkanı'nın Yardımcısı Hikmet Hacıyev, bazı Türk sosyal medya sayfalarında Azerbaycanı hedef alan paylaşımlar hakkında konuştu.
— Operativ Media (@operativmedia) August 4, 2026
Hacıyev ayrıca Azerbaycan'ın Filistin meselesine ilişkin tutumunu da dile getirdi. pic.twitter.com/DKT9RHnYBm