Menyu

Qurban Qurbanov: "İstərdim ki, "Dinamo" ilə oyunu Kiyevdə keçirək"

Operativ Media
Qurban Qurbanov: "İstərdim ki, "Dinamo" ilə oyunu Kiyevdə keçirək"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Dinamo Kiyev"lə oyundan öncə keçirilən mətbuat konfransında növbəti sualları cavablandırıb.

​Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis neytral meydan amili və dünyadakı sülh arzusunu ifadə edərək aşağıdakı fikirləri səsləndirib:

"Öz azarkeşlərinin dəstəyi və doğma stadionun atmosferi hər bir komanda üçün əlavə motivasiyadır.

​Mən də istərdim ki, bu oyunu Kiyevdə, onların böyük stadionunda keçirək. Bu, Valeri Lobanovskinin adını daşıyan klub və stadiondur. Orada oynamaq bizim üçün də xüsusi hadisə olardı. İnanıram ki, bizi də kifayət qədər azarkeş dəstəkləyərdi. Şəxsən mənim üçün də həmin stadionda meydana çıxmaq maraqlı olardı.

​Amma bu gün futbol elə bir mərhələyə gəlib çatıb ki, bəzən səfərdə oynamaq belə daha rahat olur. Çünki ev oyunlarında məsuliyyət və psixoloji gərginlik daha çox hiss edilir. Səfərdə isə bu təzyiq müəyyən qədər azalır.

​Bununla belə, təbii ki, doğma meydanda oynamağın üstünlüyü var. Ancaq "Dinamo" uzun illərdir belə atmosferdə çıxış edən komandadır. Ona görə də düşünmürəm ki, neytral meydanda oynamaq onların oyununa ciddi təsir etsin. Bununla belə, 40-50 min azarkeşin qarşısında çıxış etmək onlar üçün əlavə stimul və prestijdir.

​Əlbəttə, istəməzdim ki, onlar bu cür müharibə şəraitində oynamağa məcbur qalsınlar. Arzu edirəm ki, müharibə tezliklə başa çatsın, insanlar öz evlərinə, yurdlarına qayıtsınlar və komandalar yenidən doğma azarkeşləri qarşısında çıxış etsinlər.

​Ümid edirəm ki, təkcə Ukraynada və Rusiyada deyil, ümumiyyətlə, bütün dünyada münaqişələr sona çatar, insanlar sülh və firavanlıq içində yaşayar, uşaqlar xoşbəxt böyüyərlər. İnşallah, yaxın zamanda hər şey öz yoluna düşər".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər