Menyu

Vinisius Junior "Real Madrid"in yeni müqavilə təklifini rədd edib

Operativ Media
Vinisius Junior "Real Madrid"in yeni müqavilə təklifini rədd edib
1 dəq oxu

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius Junior komandasının yeni müqavilə təklifini qəbul etməyib.

​Operativ Media xəbər verir ki, bu barədə "El Larguero" nəşri məlumat yayıb.

​İddia olunur ki, Madrid təmsilçisi 26 yaşlı braziliyalı futbolçuya ili 22 milyon avro maaş olmaqla 2031-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə təklif edib. Tərəflərin nümayəndələri arasında növbəti görüşün bu çərşənbə günü keçiriləcəyi bildirilir.

​Məlumata görə, dünya çempionatından sonra "Real"ın yeni baş məşqçisi Joze Mourinyo şəxsən Vinisiusa ona bel bağladığını çatdırıb və mütəxəssislə hücumçu arasında çox yaxşı münasibətlər mövcuddur.

​Qeyd edək ki, 2018-ci ilin yayından "Real"da çıxış edən Vinisiusun mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

"Transfermarkt" portalı onun transfer dəyərini 140 milyon avro qiymətləndirir. Braziliyalı forvard 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 53 matçda 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb, DÇ-2026-da isə meydana çıxdığı 5 qarşılaşmada 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Əlaqəli Xəbərlər