Menyu

Özəlləşdirmədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

Redaksiya
Özəlləşdirmədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.

"Operativ Media" Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 162 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu dövrdə hərraca çıxarılmış dövlət əmlakı üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib.

Teqlər:

"Özəlləşdirmədən dövlət büdcəsinə qədər vəsait daxil olub?"

Əlaqəli Xəbərlər