"Qalatasaray" rusiyalı futbolçunu heyətinə qatır
Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Aleksey Batrakovun "Qalatasaray"a transferi üzrə danışıqlarda son detalların həll edildiyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə insayder Erdem Açıkgöz "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, 21 yaşlı rusiyalı yarımmüdafiəçi İstanbul təmsilçisinə keçməyə razılıq verib. Hazırda tərəflər klubun və menecerin şərtlərini müzakirə etməyə davam edirlər. Danışıqlar uğurla yekunlaşacağı təqdirdə, Batrakov "Qalatasaray"ın yay transfer pəncərəsindəki ikinci yeni oyunçusu olacaq.
Buna baxmayaraq, avqustun 2-də "Lokomotiv" rəhbərliyi "Sport-Express" nəşrinə açıqlamasında Türkiyə klubundan Batrakovla bağlı rəsmi təklif almadıqlarını bəyan edib.
Qeyd edək ki, 2024-cü ilin yanvarından "Lokomotiv"in əsas heyətində çıxış edən gənc futbolçunun Moskva təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.