Qeşm adası üzərində ABŞ-nin PUA-sı vurulub
Operativ Media
1 dəq oxu
İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazındakı Qeşm adası üzərində ABŞ-nin pilotsuz təyyarəsini vurub.
Operativ Media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında bildirilir.
"ABŞ silahlı qüvvələrinə məxsus kəşfiyyat və hücum pilotsuz təyyarəsi Qeşm adası üzərində İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib", - məlumatda qeyd olunur.
SEPAH-ın məlumatına görə, ABŞ son bir neçə gün ərzində İran hava hücumundan müdafiə sistemlərinin yerini müəyyən etmək üçün kəşfiyyatı gücləndirib. SEPAH iddia edir ki, Vaşinqtonun Hörmüz boğazındakı hərəkətləri qlobal neft qiymətlərini aşağı salmağa yönəlib.
Sorğu