Menyu

Çin, İran və Səudiyyə Ərəbistanı ilə Hörmüz boğazının açılmasını müzakirə edib

Operativ Media
Çin, İran və Səudiyyə Ərəbistanı ilə Hörmüz boğazının açılmasını müzakirə edib
1 dəq oxu

Çinin xarici işlər naziri Vanq Yi İran və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüşlər keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

Görüşlərdə Fars körfəzindəki vəziyyət və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər beynəlxalq enerji təchizatının təmin edilməsi və qlobal təhlükəsizliyin qorunması üçün Yaxın Şərqdə sabitliyin vacibliyini vurğulayıblar.

Mao Ninq qeyd edib ki, Çin Hörmüz boğazının açılması üçün siyasi həll yolunun axtarışını asanlaşdırmağa davam edəcək, eləcə də İranla ABŞ arasındakı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllini dəstəkləyəcək.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, əsas vəzifə Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq olaraq qalır.

Əlaqəli Xəbərlər