Menyu

"Binance" kiberhücumdan təsirlənən aktivlərinin 98%-ni geri ödəyib

Şəfa Hüseynli
"Binance" kiberhücumdan təsirlənən aktivlərinin 98%-ni geri ödəyib
1 dəq oxu

Kriptovalyuta birjası Binance müştərilərinin son kiberhücum nəticəsində heç bir maliyyə itkisi görmədiyini açıqlayıb.

Operativ Media bu barədə "Binance"-a  istinadən xəbər verir.

Şirkət bütün itkiləri öz üzərinə götürüb və təsirlənmiş aktivlərin 98%-ni artıq geri alıb.

Binance-ın baş direktoru şirkətin zərərləri ödəmək üçün lazım olan məbləğin 100%-dən çox vəsait ayırdığını və təsirlənmiş aktivlərin 98%-nin artıq bərpa edildiyini açıqlayıb.

"Qalan 2%-i daha az likvid tokenlərdir. Bunları əldə etmək, kəskin bazar dalğalanmalarına səbəb olmamaq üçün əlavə vaxt tələb edəcək", - deyə məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər