Apple, Netflix, OpenAI və TikTok büdcəmizə vergi ödəyir - TAM SİYAHI
Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi uçotuna alınıb.
Operativ Media Trend-ə istinadən xəbər verir ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Qeyd olunub ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə cəlb edilməsi, vergi öhdəliklərinə könüllü əməletmənin təşviqi və şəffaflığın artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
DVX-nin məlumatına görə, 2025-ci il ərzində elektron qeydiyyat portalı vasitəsilə 7 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Həmin il qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Eyni zamanda 2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb. Bundan başqa, rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində aparılmış monitorinq və müvafiq məlumatların uyğunlaşdırılması nəticəsində onlarla yeni vergi ödəyicisinin vergi uçotuna alınması təmin edilib.
Azərbaycan Respublikasında elektron qaydada uçota alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin siyahısını təqdim edirik:

