Menyu

Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Operativ Media
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
1 dəq oxu

Estoniya və Azərbaycan texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərin qarşılıqlı bazarlara çıxış və təcrübə mübadiləsi imkanları ətrafında müzakirələr aparılıb.

Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Estoniyaya səfərimiz çərçivəsində Baltik regionunun aparıcı texnologiya və biznes mərkəzlərindən biri olan "Ülemiste City" texnoparkının rəhbərliyi ilə görüş keçirdik.

Görüşdə Azərbaycanda texnopark fəaliyyətinin daha da genişləndirilməsi, mövcud innovasiya infrastrukturunun gücləndirilməsi və texnologiya şirkətləri üçün biznes imkanlarının artırılması məsələlərini müzakirə etdik. Estoniya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı bazarlara çıxış və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər