Menyu

Lənkəranda kişi meyiti tapılıb

Operativ Media
Lənkəranda kişi meyiti tapılıb
1 dəq oxu

Lənkəranda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb.

Operativ Media xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevə məxsusdur.

İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb.

Meyitə baxış zamanı baş nahiyəsində xəsarət aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Əlaqəli Xəbərlər