Canfranko Zola İtaliya milli komandasında yeni vəzifəyə təyin olunub
Operativ Media
"Çelsi"nin keçmiş hücumçusu Canfranko Zola İtaliya yığmasının gənclərlə iş üzrə koordinasiya postuna gətirilib.
Operativ Media xəbər verir ki, 60 yaşlı mütəxəssis "skuadra adzurra"nın müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclərdən ibarət komandalarının fəaliyyətinə dəstək göstərəcək.
Bununla yanaşı, Zola 2023-cü ilin fevralından bəri tutduğu İtaliya üçüncü divizionunun vitse-prezidenti vəzifəsindəki fəaliyyətini də davam etdirəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma