Menyu

"Neftçi" macarıstanlı yarımmüdafiəçi ilə gücləndi

Operativ Media
"Neftçi" macarıstanlı yarımmüdafiəçi ilə gücləndi

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribeki heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. 

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/27 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir. 

2023/24-də “Pakş” klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər