Bill Qeytsin qızı qanunsuz gəlir əldə etməkdə ittiham olunur
"Microsoft" şirkətinin təsisçisi Bill Qeytsin qızı Fibi Qeytsin rəhbərlik etdiyi "Phia" startapı vasitəsilə qanunsuz gəlir əldə etdiyi iddia olunur və ona 20 ilə qədər həbs cəzası təhlükəsi yaranıb.
Operativ Media xəbər verir ki, ABŞ-li vəkil Ariel Qivner sosial şəbəkə hesabındakı açıqlamasında "Bloomberg" agentliyinin dərc etdiyi araşdırmaya istinadən bildirib ki, sözügedən korporativ qurumun daxili yazışmaları Fibi Qeytsin bu şirkətdəki fəaliyyətini və saxta satışlar müqabilində komissiya haqlarının alınmasını təsdiqləyir.
Hüquqşünas qeyd edib ki, reallaşdırılmayan satışlar üzrə komissiya əldə etmək məqsədilə tərəfdaşlıq fayllarının quraşdırılması ABŞ qanunvericiliyinə əsasən federal səviyyəli elektron dələduzluq kimi qiymətləndirilir. Bu əməllərə görə maksimum 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası, eləcə də maddi cərimələr və dəyən zərərin ödənilməsi nəzərdə tutula bilər.