Menyu

Musa Qurbanlı: "Dinamo" ilə oyunda xarakter nümayiş etdirərək geri dönüş etdik

Operativ Media
Musa Qurbanlı: "Dinamo" ilə oyunda xarakter nümayiş etdirərək geri dönüş etdik
1 dəq oxu

"Bu gün qalib gəlməyi çox istəyirdik, çünki son anlar bizim üçün bir qədər gərgin keçdi".

​Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın hücumçusu Musa Qurbanlı "Dinamo" ilə matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

O, Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib.

"Son oyunlarda qələbə qazana bilməmişdik. Sofiya ÇSKA-sı ilə 0:0 hesablı heç-heçə etdik və penaltilərdə məğlub olduq, daha sonra səfərdə "Dinamo"ya da uduzduq. Amma biz özümüzə inanırdıq. Çünki dəfələrlə belə çətin anlarda xarakter nümayiş etdirmişik. Düşünürdük ki, bu gün də həmin xarakteri ortaya qoyaraq geri dönüş edə biləcəyik. Ona görə də çox sevincliyik. İnşallah, növbəti mərhələdə də qələbə qazanaraq qruplara vəsiqə əldə edərik.

Əlaqəli Xəbərlər