XİN: 2020-ci il müharibəsindən sonra Azərbaycanda 436 nəfər mina qurbanı olub
Operativ Media
Azərbaycanda mina təhlükəsi ilə bağlı daha bir xəbərdarlıq edilib.
Operativ Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb”, - paylaşımda bildirilib.
XİN qeyd edib ki, 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda 436 nəfər mina qurbanı olub.
“Bu faciəvi hadisələr münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, bərpa işlərinə mane olduğunu və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına əngəl yaratdığını açıq şəkildə göstərir”, - XİN vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net