Menyu

"Latsio" "İnter"in yarımmüdafiəçisini transfer edir

Operativ Media
"Latsio" "İnter"in yarımmüdafiəçisini transfer edir
1 dəq oxu

"Latsio" "İnter"in yarımmüdafiəçisi Davide Frattezinin transferi ilə bağlı razılıq əldə edib.

​Operativ Media​ xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb 

Məlumata görə, Roma təmsilçisi yarımmüdafiəçini 1 milyon avro qarşılığında icarəyə götürəcək.

Razılaşmada oyunçunun transfer hüququnun 14 milyon avroya alınması bəndi də yer alıb. Eyni zamanda, "İnter" futbolçunun növbəti satışından əldə ediləcək vəsaitin 50 faizinə sahib olacaq.

​Xatırladaq ki, Davide Frattezi 2023-cü ilin yayından etibarən Milan təmsilçisinin heyətində çıxış edir. O, bu müddət ərzində komandanın tərkibində 122 qarşılaşmada iştirak edib, 15 qola və 12 məhsuldar ötürməyə imza atıb..

Əlaqəli Xəbərlər